Stressə görə pozulan menstruasiya - Nə etməli?

  • 2022.10.31 14:54
  • 1707 Baxış
Stressə görə pozulan  menstruasiya  - Nə etməli?


Normal menstruasiya tsikli dövrü 21-38 gün hesab olunur. Bu menstruasiyanın birinci günündən növbəti
menstruasiyanın başlanması gününə qədər olan fasilədir.

Bəzi hallarda bu rəqəmlər 1-2 gün azalıb arta bilər.

Pozulma menstruasiyanın çox qısa müddətdən sonra yenə olması və ya fasilənin 40-45 gündən çox olmasıdır.

"Medicina" xəbər verir ki, menstruasiyaya təsir edən amillərdən birincisi stressdir.
Sinir sisteminin düzgün işləməməsi səbəbindən reproduktiv sistem çökə bilər.
İş ondadır ki, qadın orqanizmini idarə edən mərkəz hipotalamusdur.

O cinsi orqanları və hormonlara nəzarət edir. Stress zamamı hipotalamusla yumurtalıqlar arasında normal əlaqə pozulur və komanda əmri səhv verilir.

Adətən stress, təşviş fonunda menstruasiya yubanması, gecikmə olur, bəzən hətta 1-2 ay olmur.

Hətta cəmi bir dəfə menstruasiyada pozulma varsa, bu səbəbi axtarmaq və həkimə getmək üçün səbəbdir.
Bəlkə də səbəb stres yox, başqa faktorlardır.
Bu zaman qadın kompleks müayinə olunur.

- Hormonal qan analizləri
- USM, MRT
- ginekoloqun baxışı
- Nevroloqun baxışı

Adətən pozulmanın aradan qalxması üçün stressi azaltmaq və əsəbləri müalicə etmək yetərli olur.
Eləcə də ciddi dietalar, arıqlama prosesləri və həddən artıq çox fiziki yüklənmə də menstruasiyanı poza bilər

Aygün Musayeva