Üstü bəzək içi zəhər olan boya maddələri - Uşaqlara verilən rəngli qidaların zərərləri

  • 2017.12.20 21:46
  • 22573 Baxış
Üstü bəzək içi zəhər olan boya maddələri -  Uşaqlara verilən rəngli qidaların zərərləri
Artıq uzun zamandır ki, qida və içkilərin daha cəlbedici görkəmi üçün istifadə olunan boyaq maddələri, qida sənayesində aktiv fəaliyyət göstərir.


Lakin yaxın zamana qədər, heç kimi onların ziyanlı tərəfi narahat etməyib. Buna səbəb odur ki, əvvəllər boyaq maddələrini meyvə, tərəvəz, giləmeyvə və bitki kökləri kimi təbii xammaldan istehsal edirdilər.


Medicina.az sağlamolun.az-a istinadən xəbər verir ki, təbii boyaq maddələrinin tərkibində boyayıcı  piqmentlər, orqanik turşular, ətirli maddələr və vitaminlər olduğundan, insan orqanizmi onlara tam olaraq uyğunlaşıb.  Baxmayaraq ki, onlarda son dərəcə mümkün olan konsentrasiya var, onlar insan orqanizmi üçün təhlükəsizdir.


Müasir dövrdə isə, daha çox istifadə olunan süni boyaq maddələri -  təbiətdə olmayan, suda həllolunan orqanik birləşmələrdir. Qida dəyəri olmasa bele, insan orqanizmi üçün kifayət qədər təhlükəli hesab edilirlər. Hal hazırda qida sənayesində E100-E199 markalı boyalar aktiv istifadə olunur.


İngiltərədə aparılan araşdırmalar nəticəsindı bəlli olunmuşdur ki, Е102, E104, E110, E122, E124, E129 kimi boyaq maddələri uşaq və böyüklərin orqanizminə mənfi  təsir göstərir. Səbəb ola biləcəyi əlamətlər:


- Müəyyən dərəcəli gərginlik


- Diqqət konsentrasiyasının pozğunluqları


- Əhvalın kəskin dəyişməsi


- Disbakterioz


- Allergiya


- Hiperaktiv davranış və s.


Ümumiyyətlə isə bu boyaq maddələrinin təhlükə dərəcəsi  Avropa komissiyası tərəfindən təyin olunur. Hər bir qida müəsissəsinin sahəsi, mağazalar və ümumiyyətlə bu kimi maddələrin istehsal və istifadə oluna biləcəyi məhsulların yoxlanması  ərzaqçı-baytar inspeksiyası tərəfindən çox ciddi kontol edilməlidir.


E - əlavələrinin sınaqları heyvan və insanlar üzərində aparılır. Problem ondadır ki, ölüm hadisəsi  kimi nəticələnməyən mənfi təsirli əlavələr sadəcə təhlükəli kimi qeyd olunaraq, tam istifadədən çıxarılmır. Bundan bəlli olur ki, qida və içkilərə hələ də əlavə olunmaqda davam edən bir çox əlavələr orqanizm üçün çox təhlükəlidir. Buna misal olaraq bəziləri haqda bir neçə məlumat təqdim edirik:


E102 - tartrazin. İnsan orqanizmində  qida allergiyası yarada bilir. Qənnadı məhsulları, konfet, dondurma və içkilərdə var.


E128 - konserogen effektli qırmızı boyaq maddəsi Red 2G. Doğranmış ət məhsulları və sosiska istehsalında ona çəhrayı rəng vermək məqsədi ilə istifadə olunur. Gen dəyişiklikləri yarada bilən genotoksik birləşmədir.


E216 və E217 - konservantları (propil efir və natriy duzu) Bir çox ölkələrdə qadağandır. İnsan orqanizmində qida zəhərlənməsi yarada bilir.


E320 - piy və yağlı qatışıqlarda turşuma prosesinin ləngidən antioksidant. İnsan orqanizmidnə xolesterinin artmasına səbəb olur. İstidafə olunduğu məhsullara misal olan saqqızlar.


E400-499 məhsulun qatılığını artıran stabilizator. Həzm sisteminin problemlərinə səbəb olur. İstifadə olunduğu məhsullar yoqurt və mayonez.


Qadağan olunmuş E - əlavələri:


E121 - qırmızı sitrus boyaq maddəsi


E123 - qırmızı amarant boyaq maddəsi


E240 - formaldeqid konservantı, mışyak kimi güclü maddə qrupuna aid edilir.


E116-117 - qənnadı və ət məhsullarının istehsalı üçün istifadə olunan konservant.