Su təşvişi necə aradan qaldırır - Nevrozlar üçün

  • 2022.09.28 14:39
  • 1741 Baxış
Su təşvişi necə aradan qaldırır  - Nevrozlar üçün



Nəyə görə insan əbəsləşəndə ona su içməyi təklif edirlər.

Həqiqətən bir udum su təşvişi aradan qaldırır, sanki beyini özünə gətirir.

"Medicina" xəbər verir ki, Suonsi Universitetinin psixoloqları orqanizmin susuzlaşmasının əhvala və psixi vəziyyətə təsir etdiyini araşdırıblar.

Nə qədər bədəndə maye azdırsa, bir o qədər əhvalı pisdir, gücü azdır, gərgindir, daha çox neqati emosiyalar, qıcıqlanma olur.

Bu elmi iş sübut edib ki, bizim əhvaımız birbaşa olaraq sudan asılıdır. Orqanizmin susuzlaşması psixikaya mənfi təsir edir.

Fransız alimləri bildirib ki. çox su içməyə öyrəşmiş insanlar uzun müddət susuz qalanda dərhal həyəcanlanırlar.

Elə ki, su içdilər, dərhal xoşbəxt olurlar.

Daha bir elmi araşdırma gündə 5 stəkan su içənlərdə depressiya və həyəcan pozuntusunun azaldığını yazır.
Hər şey 75% sudan ibarət olan beyindən asılıdır.

Onun su balansı pozulduqda, strukturu dəyişir, enerji defisiti başlaylr, normal işləyə bilmir.

Ona görə də depressiya, nevroz, təşvişli insanlar daha çox su qəbuluna önəm verməli, gündə 1 litrdən çox su içməlidirlər.

Aygün Musayeva