Su zəhərlənməsi nədir? - Ölümə və pis xəstəliklərə səbəb olur - VİDEO

  • 27 Avq 2020 15:38
  • 1897 Baxış
Su zəhərlənməsi nədir?  - Ölümə və pis xəstəliklərə səbəb olur - VİDEO

Su zəhərlənməsi həddindən artıq su qəbul etməsi nəticəsində bədənimizdəki elektrolit tarazlığının pozulması və beyin funksiyalarında ölümcül ziyanların meydana gəlməsidir. Çox su içmək böyrəkləri daha çox işlədir və bu səbəbdən də daha çox mineral itirilir. Hüceyrələrdə su yığılması səbəbindən onlar da şişir. Xaric edilə bilməyən şişkinlik beyinə çatdığında beyində şişkinlik meydana gələrək ölümə və daha pis xəstəliklərə səbəb ola bilər.

Medicina.az xəbər verir ki, su zəhərlənməsinin simptomları aşağıdakılardır:

Ürəkbulanma və qusma,

Baş ağrısı,

Şüurda meydana gələn dəyişikliklər.

Su zəhərlənməsi zamanı tərləmə nəticəsində bədənimizdə natrium çatışmazlığı meydana gəlir. Bu çatışmazlıq tamamlanmadan su içmək natriumun daha çox azalmasına səbəb olur. Əsəb sisteminin fəaliyyətini təmin edən natriumun azalması nəticəsində əzələlərdə ağrılar yaranaraq, qusma şəklində özünü göstərir. Nəticədə qan təzyiqini tarazlaşdıran natrium çatışmazlığı yarandığı üçün həmin şəxs koma və ya ölümlə qarşılaşa bilər.

Su zəhərlənməsi adətən daha çox tər itirməyə səbəb olan idman növləri ilə məşğul olanlarda, marafon qaçışlarında və arıqlamaq istəyənlərdə daha çox rast gəlinir. Natrium əksikliyi meydana gəldiyi an müdaxilə etmək çox önəmlidir. Əgər zəhərlənmiş şəxs qidalana bilərsə, ona duzlu içkilər verilməlidir. Ağızdan qidalana biləcək vəziyyətdədirsə, damarla müdaxilə edilməlidir.
Belə vəziyyətlərdə həkimə müraciət etmək çox önəmlidir. Çünki bu kimi hallar daha da pis nəticələnə bilər.





X