Süd vəzilərinə silikon implantlar xərçəng yaradır – Estetik əməliyyat dəhşəti

  • 2023.05.12 17:25
  • 1951 Baxış
Süd vəzilərinə silikon implantlar xərçəng yaradır  – Estetik əməliyyat dəhşəti
ABŞ hökuməti klinikalara və onkoloqlara silikon döş implantlarının nadir xərçəng növünə səbəb olması barədə təsdiqlənmiş hallar barədə məlumat vermələrini tapşırıb. Bu tələb plastik cərrahiyyə sahəsi üçün problem yaradacaq.

“Medicina” xəbər verir ki, ABŞ Qida və Dərmana nəzarət İdarəsi (FDA) ssüd vəzidə silikon implantın yerinin yaxınlığındakı çapıqlarda inkişaf edə bilən anaplastik hüceyrəli limfoma ehtimalını araşdırır.
Silikon və gel (salin) implantları qoyulan qadınlar üçün az da olsa risk var.

FDA-nın Cihazlar və Radioloji Sağlamlıq Mərkəzinin baş elmi işçisi Dr. Uilyam Meyselin sözlərinə görə, bütün hallar haqqında daha çox məlumat əldə etməli və bu sahədə mütəxəssislərlə məsləhətləşmələr aparılmalıdır.


FDA-nın məlumatına görə, indiyədək bütün dünyada döş böyütmə əməliyyatı keçirmiş qadınlarda anaplastik iri hüceyrəli limfoma üzrə 60 fakt qeydə alınıb. Lakin bu məlumatlar natamam ola bilər, çünki xəstəliyin bütün halları dünya elmi ədəbiyyatında dərc olunmur.

Meisel hesab edir ki, hazırda dünyada döş implantları qoyulmuş 5-10 milyon qadın var. Bu qadınların mammoqrafik müayinələri ciddi diqqət altında saxlanılmalıdır.

Günay Quluzadə