"Südverən və hamilə qadınlara peyvənd olmamalıdır kimi bir tələb yoxdur" - Rəşad Mahmudov

  • 2021.10.12 14:52
  • 1380 Baxış
"Südverən və hamilə qadınlara peyvənd olmamalıdır kimi bir tələb yoxdur" -  Rəşad Mahmudov
Bu gün dünyada olduğu kimi, Azərbaycanda da peyvəndləmə ilə bağlı ciddi işlər aparılır. Peyvəndin vacibliyinin, xüsusilə tədris müəssisələrində peyvəndlənmənin nə dərəcədə vacib olduğunu hamımız bilirik.

Medicina.az xəbər verir ki, bu sözləri parlamentin keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Rəşad Mahmudov deyib.

O əlavə edib ki, hamilə xanımlar və uşaq əmizdirən analar univesiritetə qəbul olunduqdan sonra onlardan peyvənd sertifkatı tələb olunur:

“Bu gün bir tələbə öz tələbəlik hüququndan imtina edib. Bu halda peyvəndə qarşı əks-sertifkat uyğun deyil. Beynəlxalq səviyyədə südverən analara və hamilə qadınlara peyvənd olmamalıdır kimi bir tələb yoxdur. Hamilə qadınları və uşaq əmizdirən anaları peyvəndə məcbur da edə bilmərik. Amma əks sertifkatlar da mübahisəlidir. Bununla yanaşı bu cür insanların universitetlərdə normal təhsil alması məsələsinə də hansısa fomada aydınlıq gətirilməli, çıxış yolu tapılmalıdır. Çünki bu məsələ problemə çevrilir”.