Sumqayıt Travmatoloji klinikasında açıq bazar: xəstə üçün odeyal belə pulludur – ŞİKAYƏT

  • 2020.05.14 18:28
  • 5751 Baxış
Sumqayıt Travmatoloji  klinikasında açıq bazar: xəstə üçün odeyal belə pulludur  – ŞİKAYƏT


“Bura barədə nə deyim? Sadəcə dəhşətdir. Bu gun Sumqayıt İcra hakimiyyətinə və Səhiyyə Nazirliyi qaynar xəttinə müraciət etdim, şikayət yazdım. Nənəmin burdan sağ çıxıb çıxmaması sual altındadır”.

Medicina.az xəbər verir ki, bu şikayəti Ramiz Omarov adlı vətəndaş edib.

O, nənəsinin insult diaqnozu ilə dövlət hesablı Sumqayıt Travmatologiya Klinikasına gətirildiyini və xəstənin daxil olduğu andan həkim və tibb personalının ən kiçik xidmətı belə pulsuz etməməsini bildirib. Hətta xəstənin üzərinə örtmək üçün odeyal üçün 1 manat istəyiblər.

“ Nənəm sol tərəfinin iflici və insult diaqnozu ilə bura göndərildi. Elə birinci KT müayinəsindən əyləncə başladı. KT otağında əyləşən dərhal 50 manat istədi. Onun işi ver apar idi, başqa heç nə.

Biz pulu verməcəyimizi deyik. Sonra Aygün adlı həkimi göndərdilər. O da soruşdu, ödəniş etdiz, imtina cavabı aldı getdi.

Nəhayət hamı biləndən sonra ki, bu xəstədən heç bir pul gəlməyəcək, bizə və xəstəyə münasibət kökündən dəyişdi.

Qiymətlər hər şeyə görə dəyişir və açıq deyilir: Pampers dəyişmək 3 manat, kateter taxmaq 3 manat, iynə 2 manat. Tibb bacısı 5 manat növbədə.

Hətta sizə bir sirr açım, dövlət xəstəxanasında pullu VİP palata da var, 5 nömrəli palata. Kimin pulu var, ora yatızdırılır.

Hazırda nənəmin sol tərəfi işləmir, danışa bilmir, ağzı əyilib. Nə müalicə təyin edəcəklərini bilmirik. Şəkəri çox yüksəlmişdi, amma həkimi bu barədə bizə heç nə demədi. Xəstə özü bildirdi.

Tibb bacıları palataya ancaq qonaq kimi gəlib, nə var nə yox deyə soruşub gedirlər”.