Sumqayıtda 2 azyaşlı bacı zəhərlənib öldü

  • 2022.11.16 16:02
  • 3015 Baxış
Sumqayıtda 2 azyaşlı bacı zəhərlənib öldü

Sumqayıt Tibb Mərkəzi iki azyaşlı bacının ölümü barədə açıqlama verib.

"Medicina" xəbər verir ki, 16.11.2022-ci il saat 05:35-də 2018-ci il təvəllüdlü Allahverdiyeva Əsra Şahbaz qızı və bacısı 2016-cı il təvəllüdlü Allahverdiyeva Aynaz Şahbaz qızı valideynləri tərəfindən Sumqayıt Tibb Mərkəzinin Uşaq xəstəxanasına gətirilib:

“Baxış zamanı hər iki uşaqda həyati əlamət müşahidə olunmayıb. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Onların nəşləri təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə göndərilib”.

İlkin ehtimal kimi bacıların qidadan zəhərləndiyi bildirilib.

2018-ci il təvəllüdlü Allahverdiyeva Əsra Şahbaz qızı və bacısı 2016-cı il təvəllüdlü Allahverdiyeva Aynaz Şahbaz qızı olduğu bildirilir.

Onların meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.