Sumqayıtda 7 aylıq körpə qızdırmadan öldü

  • 2025.12.08 09:08
  • 231 Baxış
Sumqayıtda  7 aylıq körpə qızdırmadan öldü

Sumqayıt şəhərində 7 aylıq körpənin ölümü qeydə alınıb.

Medicina.az Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Bulvar küçəsində yerləşən yaşayış evlərinin birində qeydə alınıb.

Məlumata görə, 7 aylıq körpənin bədən temperaturu qəfil yüksəlib.

Qızdırmanın artması nəticəsində vəziyyəti pisləşən uşaq həyatını itirib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.