Sumqayıtda hərbçi dəm qazından ölüb

  • 2022.11.01 16:41
  • 1104 Baxış
Sumqayıtda hərbçi dəm qazından  ölüb


Sumqayıtda dəm qazından boğulma faktı baş verib.


"Medicina" xəbər verir ki, Şəki şəhər sakini, 2001-ci il təvəllüdlü Yusifli Seymur Teymur oğlu kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qeyd olunan faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Əldə etdiyimiz xəbərə görə, Seymur Yusifli hərbi qulluqçu olub.