Sumqayıtda zəhərlənən uşaqlardan üçünün vəziyyəti ağırdır - Rəsmi

  • 2026.04.06 13:40
  • 252 Baxış
Sumqayıtda zəhərlənən uşaqlardan üçünün vəziyyəti ağırdır -  Rəsmi

Sumqayıtda dəm qazından zəhərlənən beş uşağın hazırki vəziyyəti açıqlanıb.

Sumqayıt Tibb Mərkəzinin və Respublika Pediatriya Mərkəzindən Medicina.az -a verilən məlumata əsasən, dörd uşağın müalicəsi Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında davam etdirilir.

"Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyətləri ağır, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti stabildir.

Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə edilən 1 nəfərə (qadın cinsli) isə meninqoensofalit diaqnozu təyin edilib. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilir", - məlumatda bildirilib.

Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 70 ünvanında yaşayan ailənin altı üzvü dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənən altı uşaqdan biri aprelin 4-də xəstəxanada ölüb.