Sümük ərimısi osteoporoz mədə-bağırsaqla əlaqəli ola bilər.
“Medicina” xəbər verir ki, terapevt Cəmaləddin Bağırov sümük əriməsinin birbaşa bağırsaq mikroflorası ilə bağlı olması barədə açıqlama verib.
“Belə bir klinik faktımız var. Hara dəysə, sümükləri sınan xəstə idi. Mədə-bağırsağı araşdırdıq. Nəcis əkildi və orda çox ağır bir mikrob çıxdı: proteus merameris. Həddən artıq çox miqdarda idi.
Müalicə etdik, xəstə sağaldı, sümükləri də müalicəyə tabe oldu. Halbuki ona ümid verməmişdilər, 3-4 ay vaxt vermişdilər. İndiyə kimi pasiyent sağdır.
Nəinki sümük əriməsi, ürək, zob, oynaq problemlərinin də kökü bağırsaqlardan qaynaqlanır”.
Aygün Musayeva