Sümük əriməsinin qarşısını almaq üçün – nə etməli?

  • 2024.01.09 15:57
  • 850 Baxış
Sümük əriməsinin qarşısını almaq üçün  – nə etməli?
Hazırda sümük əriməsi təkcə yaşlılarda yox, gənclərdə də başlayıb. Buna səbəb zərərli qidalanma və sümük əridən qazlı içki, çay və qəhvənin çox içilməsidir.



“Medicina” xəbər verir ki, alimlər sümük əriməsinin epidemiya həddinə çatacağını bildirir.

Osteoporoz – sümüklərin zəifləməsi, nazikləşməsi, sıxlığının azalmasıdır. Bu əsasən qadınlarda estrogen hormonu düşdükdə baş verir. Zamanla insanın qaməti, beli əyilir, ağrı olur və boyu qısalır.
Beynəlxalq Sağlamlıq fondunun ekspertləri sümükləri möhkəmləndirmək üçün əsas 3 tövsiyəni verib.

Sizə 3 əlavə lazımdır:

Kalsium, zülal və fosfor.

Ayrılıqda bu əlavələr faydalıdır, amma onlar digər mikroelementlərləı birlikdə qəbul edilısə, optimal nəticə verir. Kalsium maqniy, D vitanmini ilə birgə yaxşı təsir edir.

Kalsiumu hardan alaq:

Süd məhsullarından əlavə küncüt, brokkoli, ispanaq, kələm, əncir, mərci, noxud, çia toxumu kalsiumla zəngindir.

Zülal

Hər gün 150 qram qəbul etmək lazımdır: yağsız ət, toyuq, balıq, mərci, avokado, çərəzlər, sparja, yumurta və s.

Fosfor

Kakao, mal qaraciyəri, toxumlar, balqabaq, soya, mərci, paxlalılar.

Osteoporozun müalicəsi ilə travmatoloq və endokrinoloq məşğul olur.

Aygün M