Sümük xərçənginin ilkin - 5 simptomu

  • 2024.01.09 14:59
  • 928 Baxış
Sümük xərçənginin ilkin  -   5 simptomu
Xərçəng hətta sümüklərdə və yumşaq toxumada da yarana bilir. Bəzən xəstələr sümük ağrısını ayrı xəstəliyə yozur.



“Medicina” xəbər verir ki, onkoloq cərrah Aleksandr Bondarev osteosarkoma – sümük xərçəngini göstərə biləcək əlamətləri açıqlayıb.


“Bu növ xərçəng çox nadir görülür və hələ də xəstələri, həkimləri təəccübləndirir. Digər xərçəng növləridndən fərqli olaraq, ilk əlamət ağrıdır. Əvvəllər ağrı yuxuda və ya çox iş gördükdə olur, daha sonra müntəzəm.


Əgər şiş dəriyə yaxın yerləşibsə, zahirən də o qabarıqlığı hiss etmək, əlin altında nəsə görmək mümkündür. Şiş olan sahədə şişkinlik olur. Əgər şiş siniri sıxırsa, o hissədə keyimə, əzələ, zəiflik, hissiyyatsızlıq, uyuşma olur.


Bu simptomlar digər xəstəliklərdə də olur. Ona görə ağrı keçmirsə, onkoloqa baş çəkin, həmin hissə rentgen və MRT olunsun.


Çox zaman sümükdə şiş ağır qəzalardan, travmalardan sonra da yaranır”.


Aygün