Süni intellekt yuxusuzluğun insana mənfi təsirlərini belə təsvir etdi -FOTO

  • 2024.04.16 22:15
  • 516 Baxış
Süni intellekt yuxusuzluğun insana mənfi təsirlərini belə təsvir etdi - FOTO
Süni intellektlə aparılan araşdırma 7 saatdan az yuxunun bədənə verdiyi zərərləri üzə çıxarıb.

Medicina.az xəbər verir ki, süni intellektdən istifadə edən bir yuxu texnologiyası şirkəti tərəfindən aparılan araşdırmada yuxusuzluğun və keyfiyyətsiz yuxunun orqanizmə vurduğu zərərlər tədqiq edilib.

Süni intellektlə yaradılan görüntülərdə 7 saatdan az yatan insanların sifətindəki dəyişikliklər araşdırılıb. Keyfiyyətli yuxudan məhrum olanların dərilərində quruluq, gözlərinin altında əlavə torbalar, göz ətrafında qaralmalar və dəri sallanması müşahidə edilib.

Yata bilməyənlərin daha yorğun göründüyü bildirilərkən, yuxusuzluğun təsiri yaşa görə də fərqlənib. Yuxusuz qalanların 12 faizi dəri quruluğundan şikayət edib. 18-24 yaş qrupunda bu nisbət 20 faizə yüksəlib.

Qeyd edək ki, bu görüntüləri yaratmaq üçün 2 min britaniyalının məlumatları, üz xüsusiyyətləri və yuxu rejimi araşdırılıb.




Aysel