Süni mayalanma nə vaxt pulsuz olacaq?

  • 2023.11.29 18:03
  • 1158 Baxış
Süni mayalanma nə vaxt pulsuz olacaq?

Azərbaycanda süni mayalanmanın icbari tibbi sığorta çərçivəsində həyata keçirilməsi təklif edilir.


"Medicina" xəbər verir ki, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bu barədə danışıb.

"Boşanmanın əsas səbəblərindən biri də sonsuzluqdur: Müasir dünyada hər bir insanı valideyn edə bilən tibbi üsul - süni və ekstrokorporal mayalanma metodu geniş tətbiq olunur ki, qanun layihəsi də bu tələblər çərçivəsində hazırlanıb (iki dəfə icbari tibbi sığortanın zəmanət paketi hesabına).


Məsələn, bir çox ailələrdə qadınların reproduktiv sağlamlıq hüquqlarının qorunmaması, qadının hamiləliyini süni şəkildə dayandırmağa məcbur edilməsi, bəzən də qadının yalnız qız uşaqları dünyaya gətirdiyi üçün tərk edildiyi hallar bu sənədin qəbulu ilə problemin hüquqi tənzimlənməsini vacib edir.

Qanunun əsas özəlliyi də bu problemin həllində ailə planlaşdırmasının əlavə mexanizm kimi təsbit olunmasıdır. Nikahın möhkəm, uzunömürlü və daimi olması ilk növbədə ailənin sağlamlığı üzərində qurulmasından keçir. Bu baxımdan biz əsrlərlə mövcud olan ailə dəyərlərini qorumalı, müasir dünyanın tələblərinə görə onu daha da zənginləşdirərək yaşatmalıyıq”.

Aygün M