Süni mayalanma, nədir, necə aparılır? - Türkiyədə effektiv üsullar - VİDEO

  • 2023.02.28 09:14
  • 2958 Baxış
Süni mayalanma, nədir, necə aparılır?  -  Türkiyədə effektiv üsullar - VİDEO
Normalda qadınlarda ayda bir dəfə bir follikul böyüyür, çatlayır və bu ərəfədə cinsi əlaqə olarsa, sperm bu follikula nüfuz edərək hamiləlik baş tutur.


Kişi və qadında normal hamiləlik alınmırsa, yəni kişi spermi və qadın yumurta hüceyrəsinin təbii mayalanmasından döllənmə alınmırsa və ya kişi –qadın cinsiyyət orqanları, yumurtalıq, uşaqlıq və borularda anadangəlmə və ya sonradan qazanılma anatomik qüsurlar varsa, bu zaman cütlüyün seçimi süni mayalanma olmalıdır.

Medicina.az süni mayalanmanın göstərişləri, gedişatı barədə geniş məlumatı təqdim edir.


1970-ci illərdən bəri dünyada sonsuz cütlüklərə uşaq bəxş etmək üçün ÜST tərəfindən də qəbul edilən süni mayalanma üzrə lider ölkələrdən biri Türkiyədir. Burada Azərbaycandan 10 il öncə artıq tüp bebek deyilən yöntəm tətbiq olunur, onlarla uzman, mərkəz və laboratoriya var.

Tüp bebek metodu 1 ildən çox qorunmasız cinsi əlaqə ilə hamiləlik baş tutmadıqda seçilir.




Metodun 2 növü var: klassik – İVF və mikroenyeksion – İCSİ.

1. Klassik yöntəmdə yetişdirilmiş yumurtalar yumurtalıqlardan iynə ilə alınır və laboratoriyada ayrıca həyat yoldaşından götürülmüş sperm ilə dölləndirilir.
Daha sonra yetilmiş embrion xüsusi hazırlıqdan sonra uşaqlığa yerləşdirilir.
İVF döngüsü 3 həftə çəkə bilər.

2. Mikroinyeksion metodunda ata namizəddən alınan sperm hüceyrəsi anadan alınan yumurta hüceyrənin içərisinə mikroskop altında xüsusi iynə ilə yeridilir və mayalanma baş tutur. Bu, xüsusən kişi sonsuzluğunda, qısırlığında effektivdir.

Süni mayalanmanın mərhələləri:


İVF metodu ilə tək yumurtanın alınması effektiv deyil, çünki o sağlam olmaya bilər. Bu səbəbdən qadına yumurtalıq aktivləşdirici terapiya təyin edilir. Qadın tam USM olunur, hormon analizləri alınır.

Hormonal dərman dozası pasiyentin bədən çəkisi, yumurtalıq rezervi, toplanan follikul sayına uyğun təyin olunur.
Müalicə protokolunu hər pasiyentə uyğun həkim təyin edir.

Daha sonra uşaqlıq daxilini döllənmə üçün hazırlamaq məqsədilə progesterone iynəsi alınır.

Yumurtalıqlarda follikullar müəyyən bir ölçüyə yetişəndə ən vacib iynə rhCG tətbiq olunur. Bu iynə doğru zamanda və düzgün olunmadıqda, metod uğursuz ola bilər. Bundan 36 saat sonra yumurtalar toplanır.

Yumurta alınarkən yüngül anesteziya verilir, proses ağrısız olur. Cəmi 30 dəqiqəyə yumurtalar alınır və dərhal laboratoriyaya göndərilir.

İkinci addımda ata namizəd kişidən sperm götürülür, əgər kişidə sperm keyfiyyəti zəifdirsə, ona da müalicələr təyin olunur. Sperm sayı az olduqda, azosperm zamanı androloq xayadan cərrahi yolla sperm taparaq toplaya bilir.
Hər iki material laboratoriyada işlənir, qarışdırılır və xüsusi şəraitdə dölləndirilir.

Bu zaman embriloq və ginekoloqunuz döllənmə prosesini hər gün izləyir. Embrion yetişib hazır olduqda, transfer olunur.

Əgər klassik metodda uğursuzluq olarsa, mikroinyeksion İCSİ metodu seçilir. Eləcə də kişidə sperm sayı az, hərəkətsiz, keyfiyyətsizdirsə, bu metod lazımdır.

Transfer üçün ana orqanizmi və uşaqlıq hazırlanır, uğurlu vaxtda embrion köçürülür. Bu gün də xüsusi olaraq seçilməlidir. Eyni zamanda bir, iki, hətta 3 embrion transfer oluna bilər.

Burda əsas hədəf qadının yaşı, durumu, əvvəl keçirdiyi uğursuz süni mayalanmaları nəzərə almaqdır.

Embrionlar çox incə bir kateterlə yerləşdirilir, onun uşaqlığa yapışması üçün progesteron təyin edilir.

Embrion transferi zamanı anesteziya olunmur, bəzən qadınlar yüngül ağrı hiss edə bilər.

Transferdən sonra qadın 1 saat dincəlir, sonra evə göndərilir.

Embrion köçürüldükdən sonra görülə bilən yan təsirlər:

- Prosedurdan sonra az miqdarda qanlı su gəlməsi, maye
- Yüksəlmiş estrogenə görə süd vəzilərində ağrı
- Bədəndə yüngül ödem
- Qəbizlik
- Menstruasiya ağrısına bənzər bel, qarın ağrısı

Süni mayalanma olunmuş qadınlar:

- Hamiləlik tutana və təsdiqlənənə qədər cinsi əlaqədə olmamalı
- Siqaret, içki qəbul etməməli
- Dərman qəbul etməməli
- İdman, ağır yük, ağır iş, uzaq yol, stress olmaz

Kimlərə süni mayalanma lazım ola bilər:

- Boruların birinin və ya ikisinin tutulması, bağlanması, çıxarılması və s
- Yumurtalıqlarda pozumalar, azalmış rezerv
- Ovulyasiyanın olmaması
- Hormonal disbalans
- Progesteronun az olması
- Endometrioz
- Uşalıqda düyün, mioma
- Kişilərdə sperm hasilinin pozulması, cinsi zəiflik və azosperm
- Səbəbi məlum olmayan, illərlə çəkən sonsuzluq
- Genetik pozulmalar, müəyyən iris xəstəliklərin əvvəlki doğumlarda olması
- Xərçəng müalicəsindən öncə yumurta və sperm yığılır, xəstə sağaldıqdan sonra istifadə edilir
- Yaşla bağlı – qadın və kişinin yaşının 40-dan yuxarı olması

Süni mayalanma keçirən qadınlarda uşaqlıq boynu, uşaqlıq, yumurtalıq, süd vəzi xərçəngi ola bilməsi ehtimalı sübut olunmamış və görülməmişdir.




Süni mayalanmanı labüd edən faktorlar:

Genetik problemlər, gec evlənmə, ana olma yaşının ötməsi, menstruasiyanın pozulması, cinsi infeksiyalar, piylənmə, insulin dirənci, siqaret, içki istifadəsi, kofein qəbulu, stress, keçirilmiş əməliyyatlar, kişi sonsuzluğu.
Süni mayalanmanın uğurlu olması həkimin peşəkarlığından, laboratoriyadan, müalicələrdən, texnikalardan, mərkəzdən çox asılıdır.

Tüp bebek müalicəsinin yan təsiri çox azdır və risklər önlənə bilər.

Az da olsa erkən doğum və düşük riski var. Qalan bütün proses normal hamiləliklərdə olduğu kimidir.
Süni mayalanma ilə uşaq həm təbii yolla, həm də keysəriyyə ilə doğula bilər.

Türkiyədə uğurlu süni mayalanma üçün dəstək və münasib seçim üçün Bayraktar Sağlıq Turizmin Bakı nümayəndəliyinə müraciət edə bilərsiz.

Siz həmçinin ilk, birinci süni mayalanma, həm də bir neçə dəfıə uğursuzluqdan sonra ana olmaq üçün Türkiyəyə yol ala bilərsiz.


Bayraktar Sağlıq Turizmi Şirkəti Azərbaycan vətəndaşlarının Türkiyədə müayinə, müalicə və əməliyyatlarını həyata keçirir.

Digər turizm agentliklərindən fərqi:


1. Bu agentlik deyil və Türkiyə Cümhuriyyətinin təşviqi ilə yaranmış Şirkətdir.

2. Həm Bakıda, həm də Türkiyədə ofislərimizin olması, hər iki ölkədə xidməti yüksək səviyyədə təşkil etməyə imkan verir.
3. Digər agentliklər xəstələri yalnız müəyyən faiz aldıqları klinikalara və ya öz klinikalarına göndərə bilir. Bayraktar sağlıq turizmi Şirkəti isə İstanbulun istənilən poliklinik və ya Universal hospitallarında sizə büdcənizə uyğun təkliflər edir.
4. Əgər hansısa səbəbdən uçuşunuz təxirə salınarsa, bilet və hotel məsələləri sığortalanır.
5. Əməliyyat zamanı fors-major hallar sığortalanır.
6. Azərbaycanda dünya standartlarının qəbul etdiyi testlər və müayinələr edərək, Türkiyədəki digər məsrəflər və vaxta qənaət edilir.
7. Agentlik və aracilara verilən faiz hesabına əməliyyat və müayinə qiymətlərinin süni artımı baş vermir, əksinə əlavə endirimlər alınır.
8. Bakı çıxışından, dönənədək Sizi müşayiət edəcək personal, maşın, pasientin digər məişət istəklərini həyata keçirir.
9. Əməliyyat sonrası müayinə Bakıda mümkün olarsa, test və müayinələri dünya standartlarına uyğun, Türkiyəyə getmədən Bakıda təşkil etmək vaxt itgisi və əlavə xərclərin qarşısını alır.


Artıq çəki və piylənmədən təhlükəsiz, əməliyyatsız xilas olmaq istəyən bütün pasiyentlər Bayraktar Sağlıq Turizmin müalicə paketlərindən istifadə edə bilər.


Əlaqə saxlamaq üçün telefon :
+994 70 - 988 -77- 07



Aygün Musayeva
MEDİCİNA.AZ