Süni yaradılmış ət bağırsaq xərçəngini azaldır

  • 2023.02.23 14:48
  • 1224 Baxış
Süni yaradılmış ət bağırsaq xərçəngini azaldır

Nortumbriya universitetinin alimləri qırmızı və emal olunmuş əti süni ətlə əvəz etməyin faydasını kəşf edib.

Bakupost.az xəbər verir ki, göbələkdən alınan Quorn süni ətini yeyənlərdə bağırsaq riski düşüb, belə ki, bu ət faydalı bakteriyaları artırır.

Bu elmi tədqiqat ilk dəfə qırmızı əti başqa ətlə əvəz etməyin orqanizmə zərəri və ya faydasını təhlil edib.
Emal edilmiş ətdə olan genotoksinlər onkoloji xəstəliklərə səbəb olur.

Tədqiqatda 20 kişi iştirak edib.

Bir qrupa gündə 240 qram mal əti, vetçina, kolbasa və s. verilib.

İkinci qrupa isə bu miqdara bərabər süni ət, yəni mikroprotein verilib.

2 həftədən sonra hər iki qrupdan qan, nəcis və sidik analizləri götürülüb. Onlarda genotoksin və p-krezol səviyyəsi ölçülüb.

Süni ətlə qidalanan qrupda bu toksinlər kifayət qədər az olub, nəinki təbii ət yeyənlərdə.

Emal edilmiş ətlə 2 həftə qidalanan qrupda genotoksinin miqdarı normadan çox artmışdı, bu da kolorektal xərçəngin riskini artırıb və tezləşdirib.


Aygün Musayeva