Şuşada yeni xəstəxana tikiləcək

  • 2022.10.31 15:03
  • 1190 Baxış
Şuşada yeni xəstəxana tikiləcək


Səhiyyə Nazirliyi Şuşada 90 çarpayılıq xəstəxana tikəcək.

"Medicina" xəbər verir ki, nazirlik tender elan edib. “Şuşa rayonunda 90 çarpayılıq Mərkəzi Xəstəxananın inşası (1-ci mərhələ)” üzrə tenderdə iştirak haqqı 3 000 AZN-dir. İştirak haqqı heç bir halda geri qaytarılmır.


İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 07.12.2022 10:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 14.12.2022 10:00 qədər Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1A ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.

İddiaçıların təkliflərinin açılışı dekabrın 15-i saat 10:00-da sənədlərin təqdim edildiyi ünvanda aparılacaq. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilər.