Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Suyu normadan artıq içdiyini göstərən - 5 əlamət

  • 2024.08.07 16:14
  • 2677 Baxış
Suyu normadan artıq içdiyini göstərən   - 5 əlamət

Hətta ən təmiz, faydalı su da artıq içiləndə orqanizmə zərər verir. Amma necə bilmək olar ki, biz çox su içirik, ya az.

“Medicina” bəzi əlamətləri təqdim edir. Hətta yayda da çox su içmək bu əlamətləri yarada bilər.


1. Gecə yuxudan oyanıb, tualetə gedirsiz. İnsan normalda gecə tualetə oyanmamalıdır. Gün ərzində də 7-8 dəfə sidik çağırışı olursa və hər dəfə sidiyin rəngi daha açıq, ağ rəngə çalırsa, deməli, suyu çox içirsiz.

2. Güclü yorğunluq, enerji azlığı – maye çox içdikdə, böyrəkləri yükləyir, bu zaman stress hormonu kortizol qana çox sıçrayır. Bundan sonra insanda qəribə yorğunluq, əzginlik hissi baş qaldırır. Əgər belə hallar olursa,
mayenin miqdarı çoxdursa azaldın. Deməli siz günə 5 yox, 2 stəkan su içməlisiz.


3. Baş ağrıların artıb – maraqlıdır ki, su az içəndə də, çox içəndə də baş ağrıya bilir. Sularla qana həddən artıq çox duzlar yüklənir ki, bu da hüceyrələri, beyin toxumasını şişirdir və baş ağrıyır.

4. Əzələ spazmı, əl-ayaqda ağrı, zəiflik - çox su içdikcə, elektrolitlərin miqdarı azalır, bu da əzələlərdə qıcolmalara səbəb olur.

5. Səhərlər üz, göz, əl-ayaq şişkin olur – bu da ciddi siqnaldır.

Aygün Musayeva