Tanınmış alqoloq World İnstıtut of Pain imtahanlarında ekspert oldu

  • 2022.08.31 15:05
  • 1382 Baxış
Tanınmış alqoloq World İnstıtut of Pain imtahanlarında     ekspert oldu

Azərbaycanın tanınmış alqoloqu, Ankara Klinikasının baş həkimi Zülfiqar Yusifov böyük uğura imza atıb.



“Medicina” xəbər verir ki, o, dünyaca məşhur World İnstıtut of Pain-in imtahanlarında mütəxəssis kimi iştirak edib, ayrı-ayrı ölkələrdən gələn ağrı mütəxəssislərinin peşəkarlığını qiymətləndirib.




Z.Yusifov əməkdaşımızla söhbətində bunun çox qürurverici hadisə olduğunu deyib:



"World İnstıtut of Pain-in (WIP) konfrans və kurslarına 15 ilə yaxındır ki, davamlı olaraq qatılıram. Əvvəlki illər məqsəd ağrı müalicəsi ilə bağlı yeniliklərlə yaxından tanış olmaq idisə, sonralar məqsəd bu sahədə tətbiq olunan dərin invaziv ağrı prosedurlarının icrasına yiyələnmək oldu.

Sonralar isə bu bilikləri WIP-in ayrı-ayrı illərdə müxtəlif ölkələrdə keçirdiyi Board imtahanlarla, FIPP- Fellowship İnterventıonal Pain Practice və CIPS- Certified İnterventional Pain Specialist sertifikatlarını almaqla təsdiq etmək üçün çalışdım. Nəzəri, praktik və şifahi bölümlərdən ibarət olan bu imtahanlar adətən növbəli olaraq Macarıstanın Budapeşt, Hollandiyanın Maastrix, Nijmegen, İngiltərənin London, ABŞ-ın Mayami və Türkiyənin İstanbul şəhərlərində təşkil olunur. 2018 də Londonda imtahan verərək WIP-in invaziv ağrı sahəsində yüksək kompotentliyi təsdiq edən Board sertifikatlarından CIPS, 2019-da isə İstanbulda FIPP sertifikatlarını qazandım.


Bu il isə Budapeşt konfransı ən son yeniliklərlə bağlı məlumatlar, yüksək səviyyəli master klasslar, möhtəşəm sertifikat təqdimat mərasimi ilə yanaşı mənim üçün daha əlamətdar bir hadisə ilə də çox yadda qalan oldu.


Belə ki, bu dəfə WIP tərəfindən Budapeştə həm də dünyanın dörd tərəfindən olan ağrı mütəxəssislərinin sertifikasiyasında imtahan götürən bir ekspert olaraq - EXAMİNER qismində çalışmaq üçün dəvət olunmuşdum.


Dünyaca məşhur ağrı mütəxəssisləri ilə birgə imtahan götürmə şansımın olması və WİP tərəfindən belə bir yüksək etimada layiq bilinməm şəxsim və təmsil etdiyim ölkəm adına çox qürurverici bir hadisə idi".


Aygün Musayeva