Tanınmış həkim adam öldürdü - Yenilənib

  • 2023.11.16 12:46
  • 1964 Baxış
Tanınmış həkim adam öldürdü -  Yenilənib
Bakıda tanınmış alim Arif Acaloğlunun həlak olduğu yol qəzasını törədən şəxsin kimliyi məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, onu vuran “Mercedes” markalı avtomobili idarə edən şəxs Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov olub.


***

Professor Arif Acaloğlu yol qəzasında həlak olub.

Hadisə Bakı Olimpiya Stadionunun yaxınlığında qeydə alınıb.

Sürücü "Mercedes" markalı avtomobil ilə H.Əliyev prospekti Mərdəkan istiqamətində hərəkətdə olarkən stadionla üzbəüz yolu keçən Acaloğlu Arif Mikayıl oğlunu vurub.

Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Qeyd edək ki, türkoloq alimin, İstanbul Mərmərə Universitetinin müəllimi Arif Acaloğlunun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dəvəti ilə konfransda iştirak üçün Bakıya gəldiyi bildirilir.