Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tanınmış həkim ev dustaqlığına buraxılmasını istəyib

  • 2025.06.05 14:47
  • 344 Baxış
Tanınmış həkim ev dustaqlığına buraxılmasını       istəyib


Nəzrin Mansurlunun əməliyyatdan sonra ölümü ilə bağlı həbs olunan həkimin məhkəməsi başlayıb

"Medicina" xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən cərrah Sənan Mehdiyevin anket məlumatları dəqiqləşdirilib.

Sənan Mehdiyev barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə bağlı vəsatət verilsə də, prokuror buna etiraz edib.

Məhkəmə vəsatəti təmin etməyib.

Təqsirləndirilən həkimin vəkilinin növbəti vəsatəti isə məhkəmənin hazırlıq iclasının təxirə salınması ilə bağlı olub. O bildirib ki, müəyyən məsələlərlə bağlı sorğular müvafiq qurumlara ünvanlanıb və həmin sorğular cinayət işi üçün əhəmiyyət kəsb edir.



İstintaqla həkim-otorinolarinqoloq Sənan Mehdiyevin yanvarın 3-də Nəzrin Mansurlunun üzərində rinoseptoplastika cərrahi əməliyyatını qüsurlu icra etməsi səbəbindən sonuncunun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.