Tanınmış ortoped-travmatoloq, tibb üzrə fəlsəfə doktoru Elşən Məhərrəmov vəfat edib.
"Medicina" xəbər verir ki, 1983-cü ildə 23 nömrəli orta məktəbi bitirdikdən sonra Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olub və təhsilini uğurla başa vurub. Hələ ali məktəbdə oxuduğu illərdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda tibb qardaşı kimi əmək fəaliyyətinə başlayıb.
O, uzun illər Uşaq Ortopediya və Travmatologiya Bölməsinin rəhbəri vəzifəsində çalışıb, eyni zamanda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Allah rəhmət eləsin!
54-dən çox elmi məqalənin, 3 səmərələşdirici təklifin və 3 patentin müəllifi idi.
Elşən Məhərrəmov 1929-cu ildə Gəncə şəhərində anadan olan görkəmli tibb xadimi, professor Kamal Məhərrəmovun oğludur. Atası Kamal Məhərrəmov ortopediya və travmatologiya sahəsində tanınmış alim, tibb elmləri doktoru, professor, 140-dan çox elmi işin və 3 monoqrafiyanın müəllifi olub.