Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tanınmış həkim vəkili məhkəməyə verdi - Süni mayalanmaya görə

  • 2024.03.01 11:42
  • 2146 Baxış
Tanınmış həkim vəkili məhkəməyə verdi -  Süni mayalanmaya görə
Türkiyəli ginekoloq, süni mayalanma mütəxəssisi Öndər Tulumbacı vəkil Əkrəm Həsənovu məhkəməyə verib.

Medicina.az xəbər verir ki, bu barədə Ə.Həsənov özü məlumat yayıb.

O bildirib ki, Ö.Tulumbacı xüsusi ittiham qaydasında Xətai Rayon Məhkəməsinə müraciət edib və vəkilin Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə məsuliyyətə cəlb edilməsini tələb edib. Məhkəmənin baxış iclası bu gün keçiriləcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Əkrəm Həsənov sosial şəbəkə səhifəsində Öndər Tulumbacı tərəfindən süni mayalanma edilmiş qadının əkiz övladlarının olduğunu, lakin illər sonra boşanma prosesi zamanı uşaqların donor hesab edilən atadan olmadığını bildirmişdi. O, mayalanma üzrə mütəxəssis ilə qadının əlbir olaraq atanı aldatdığını, tamamilə başqa şəxsdən götürülmüş hüceyrələrlə mayalanma prosesinin həyata keçirildiyini iddia etmişdi. Hazırda həmin məsələ ilə bağlı da məhkəmə prosesi davam edir.