Tanınmış kardioloq vəfat etdi

  • 2026.04.11 18:21
  • 127 Baxış
Tanınmış kardioloq vəfat etdi


Salyanda tanınmış kardioloq Həsənağa Bağırov vəfat edib.

Medicina.az H.Bağırov 1940-cı ildə Neftçala rayonunun Böyük Oriyad kəndində anadan olub. 1974-ci ildə Salyan RMX-yə həkim-kardioloq kimi işə qəbul edilib.

H.Bağırov xəstəxanada 40 çarpayılıq kardioloji şöbə açıb. 1980-ci ildə isə Salyan RMX-nin nəzdində rayonlararası kardioloji mərkəz yaratmağa nail olub.

86 yaşlı Həsənağa Bağırovun qardaşı Əliağa Bağırov da ürək cərrahiyyəsi üzrə dünyada tanınan məşhur həkimlərdəndir.

Allah rəhmət eləsin!