Tanınmış kök hüceyrə mütəxəssisinin ad günüdür - Özəl təbrik

  • 2020.11.10 14:56
  • 6576 Baxış
Tanınmış kök hüceyrə mütəxəssisinin ad günüdür  - Özəl təbrik

Bu gün tanınmış nevroloq, Azərbaycanda ilk dəfə prolotorepaiya və kök hüceyrə üzrə müalicəni tətbiq edən mütəxəssislərdən birincisi Sevinc Heydərovanın ad günüdür.

Yeni yaşına qədəm qoyan həkim bu vaxta kimi karyerasında kifayət qədər uğurlu yeniliklər edib.

O, 2003-2009- cu illərdə Azərbaycan Tibb Universitetini müvəffəqiyyətlə bitirib.

2010- cu ildə Kliniki Tibbi Mərkəzdə internatura keçib.

16- 21 oktyabr 2011- ci ildə "The Third Regional Caucasian Summer School On Clinical Epileptology" seminarında iştirak edib və sertifikat alıb.



10.06.2013- 12.08. 2013 tarixlərində İstanbul Universiteti Cerrahpaşa Xəstəxanasında Epilepsiya və EEG üzrə ixtisas artırıb.

18- 20 iyun 2014- cü ildə European Academy of Neurology "Regional Teaching Course", 01.04.-30.04.15 tarixlərində Almaniya, Evangelical Hospital, Nevroloji şöbədə prof. Zaza Katsaravanin rəhbərliyi ilə insult, onun müalicəsi və (trombolizis) və profilaktikası, insult mərkəzinin təşkili,başağrıları və onların müalicəsi, miqrenin müalicəsində botoks inyeksiyası və digər nevroloji xəstəliklərin müayinə və müalicəsi biliklərinə yiyələnib.

15.06.15 tarixində İHS dəstəyi ilə N.Tusi klinikasında "Başağrı Seminarı" və "İnsult Mərkəzinin Təşkili Seminarı" nın təşkilini müvəfəqiyyətlə edib.

12.15 "İstanbul Proloterapiya və Ağrı Mərkəzi", İstanbul, Türkiyədə çalışmışdır.


2016- cı il iyun Prof. Məsud Aşinanın rəhbərliyi ilə Glostrup Hospital və Danish Headache Center-da ixtisas artırma kursundan keçib.



"İnternational Conference on CNS and Therapeutics 2016"-nın təşkilatçı komitə üzvi və konfrans yönəticisi olub.

European Academy of neurology; European Stroke Organization; İnternational Headache Society; American Academy of Neurology; American Stroke Association fəal üzvüdür.

Avropa nevroloji cəmiyyətinin, Beynəlxalq başağrı cəmiyyətinin, Beynəlxalq Epilepsiya Əleyhinə liqanın, Avropa İnsult Təşkilatının fəal üzvüdür.

- Azərbaycanda ilk dəfə İnsult Mərkəzi və onun təşkili, kəskin işemik insultun müalicəsində trombolizisin tətbiqini edən, bu üzrə maarifləndirmə işləri görən həkimdir.


- Azərbaycanda Proloterapiya llə məşğul olan və bu müalicəni tanıdan, öyrədən ilk həkimdir.


- Ölkəmizdə Miqren botoksu ilə məşğul olan və bu üzrə klinik elmi təcrübəsi olan ilk həkimdir və avropada elmi jurnallarda məqalələri dərc olunmuşdur.


Hal-hazırda yaratdığı və rəhbərlik etdiyi RegenStem Center, Regenerativ tibb& Kök hüceyrə Mərkəzində fəaliyyət göstərir. Eyni zamanda İstanbulda Regen.İC Mərkəzində də çalışır.

Sevinc Heydərova müxtəlif ağrıların, oynaq aparatı iltihabi xəstəliklərinin, onurğa problemlərinin kök hüceyrə və proloterapiya ilə əməliyyatsız müalicəsində effektiv nəticələr alıb.

Medicina.az olaraq Sevinc xanımı təbrik edir, həyatında və işlərində uğurlar arzu edirik!