Tanınmış musiqiçi prostat vəzi xərçəngini necə aşkarlamasından danışdı

  • 2023.02.28 21:43
  • 2003 Baxış
Tanınmış musiqiçi prostat vəzi xərçəngini  necə aşkarlamasından danışdı

62 yaşlı rok – gitarist Duran Endi Teylor prostat vəzi xərçənginin 4 – cü mərhələsindən və simptomlarından danışdı.


“Medicina” xəbər verir ki, musiqiçi yürüş zamanı qəfildən artrit aqrısına bənzər oynaq aqrıları hiss edib. Sonradan dəfələrlə təkrar olunub. O, düşünüb ki, bu ağrılar həqiqətən də artrit ağrılarıdır. Sonra o, linfa düyünlərindən bir neçə şişkinlik aşkar edib.

Musiqiçinin atasının ölümünə səbəb olan xərçəng xəstəliyi genetik olduğundan, musiqiçi dəfələrlə analiz verib. Analızlərin cavabı yaxşı çıxmasına baxmayaraq, uzun müddət yoxlamadan keçməyib.


Xəstəlik səbəbindən musiqiçi qrupun Rok – n – Rol Şöhrət Zalına daxil olması münasibəti ilə mərasimi buraxmışdır. Bu hadisə 2018 – ci ildə baş verib.

Teylor uğurla müalicə alır ki, gələcəkdə onkoloji prosesi inkşafını saxlasın. Musiqiçi artıq yaradıcılığını davam etdirir və çalışır.

O, bu xəstəliyin müsbət emosiya və düşüncələrlə, fiziki məşğul olmaqla öhdəsindən gəlmişdir.

Prostat xərşənginin simptomları sidiyə getmək istəyi, lakin sidiyə gedərkən zəif sidik axın, idrar etməkdə çətinlik, idrar tezliyinin artması ilə özünü göstərir.

Adətən xəstəlik irəllədikcə, limfa düyünləri, sümüklər və digər orqanlar zədələnə bilər. Bir çox xəstə sümüklərdə, oynaqlarda, xüsusən də bel və çanaq sümüklərində ağrılardan şikayərlənirlər. Məhz buna görə vaxtlı-vaxtında prostat vəzilərinin onkoloji analizi verilməlidir ki,xəstəliyi zamanında aşkar etmək mümkün olsun.


Günay