Tanınmış otolorinqoloq Rəşad Talışınkinin 60 yaşı tamam oldu

  • 2024.01.22 15:34
  • 1753 Baxış
 Tanınmış otolorinqoloq   Rəşad Talışınkinin 60 yaşı  tamam oldu
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, LOR həkim cərrah, ATU Tədris Cərrahiyyə Klinikasının Qulaq-burun-boğaz cərrahiyyəsi şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Rəşad Talışınskinin 60 yaşı tamam oldu.


"Medicina" xəbər verir ki, o, 1964-cü ildə Bakı şəhərində anadan olub. 1981-1987-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. Bakı şəhəri 4 saylı klinik xəstəxananın Cərrahiyyə şöbəsində internatura keçib.



1990-1991-ci illərdə Respublika Daxili İşlər Nazirliyinin Hospitalının Cərrahiyyə şöbəsində həkim-otorinolorinqoloq vəzifəsində çalışıb.

. Hazırda ATU-nun Tədris Cərrahiyyə Klinikasının Qulaq-burun-boğaz cərrahiyyəsi şöbəsinin müdiridir.


2001-ci ildə "Uşaqlarda burun arakəsməsinin deformasiyası zamanı korreksiyaedici əməliyyatın tətbiqi" mövzusunda dissertasiya işini müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.