Tanınmış tovuzlu iş adamı koronadan vəfat etdi - FOTO

  • 2021.01.23 09:34
  • 2315 Baxış
Tanınmış tovuzlu iş adamı koronadan vəfat etdi -  FOTO

Tanınmış iş adamı, "tovuzlu Tatan" ləqəbli Tahir Yusifov dünyasını dəyişib.

Bu barədə Musavat.com-a mərhumun yaxınları məlumat veriblər. İlkin məlumata görə, iş adamının ölüm səbəbi koronavirusa yoluxması olub. Deyilənə görə, T. Yusifov xəstəlikdən sağalsa da, sonrakı mərhələdə sağlamlığına və lazımi rejimə diqqət etməyib. Bu da ağır nəticəyə gətirib, çıxardıb.

Qeyd edək ki, T.Yusifov "Turan" futbol klubunun keçmiş prezidenti olub. Hazırda “Taimex” şirkətinin və “Ağsu” araq zavodunun sahibi idi.

Allah rəhmət etsin.