Tatu çox etdirənlərdə bəd xəbər - Şiş yaradır

  • 2022.09.21 14:36
  • 1209 Baxış
Tatu çox etdirənlərdə bəd xəbər  - Şiş yaradır

Tatu sevənləri gələcəkdə xərçəng gözləyə bilər.


"Medicina" xəbər verir ki, tatu çəkilərkən istifadə edilən mürəkkəbdə bədxassəli törəmə yaradan kimyəvi maddə var.

O, günəş təsirindən mutasiyaya uğrayıb hüceyrə daxilinə keçir.

Nyu York universitetinin yeni tədqiqatında tatu mürəkkəbinin təhlükəli kimyəvi maddə daşıdığı sübut olunub.
Alimlər tatu üçün 56 mürəkkəb nümunəsini təhlil edib.

Bəzi mürəkkəblərdə 100 nanometr ölçüsündə toksiki maddə olub ki, onlar hüceyrə nüvəsinə keçə bilirlər.

Avropada artıq mavi və yaşıl piqmentli tatu qadağan olunur, onlar daha risklidir və xərçəngi tətikləyir.

Tatu sevənlər və böyük dəri sahəsində tatu etdirənlər həm də dəri bakterial infeksiyasına tutulur.

Tatuda iynədən qan vasitəsilə QİÇS, hepatit kimi viruslar ötürülür.

Aygün Musayeva