Tatu, döymə xərçəngə səbəb olur?

  • 2023.05.04 16:53
  • 1405 Baxış
Tatu, döymə xərçəngə səbəb olur?
Tatu etdirən insanların çoxunda xərçəng xəstəliyiynin inkşafı müşahidə edilib. Tatuda istifadə edilən boyaların tərkibində zəhərli komponentlərin ola biləcəyi istisna deyil.

“Medicina” xəbər verir ki, həkim Aleksandr Myasnikovun sözlərinə görə, tatu üçün nəzərdə tutulan rənglərdə çoxlu kanserogen maddələr var.


O, bildirib ki, vurulan döymələrin nəticələri müxtəlif sağlamlıq problemləri yarada bilər.

“Bədən tatu mürəkkəbinin komponentlərinə allergik təzahürlər və xərçəngin inkişafına səbəb olan daha ciddi iltihabla cavab verir.

Tatulu insanlar əgər MRT yə girərs,ə döymə yerində yanma , göynəmə hissi yaşaya bilər.

Tatunu silmək mümkündür. Lakin düzgün silinməyəndə izlər, yanıqlar da qala bilir. Döymənin silinməsinə təsir edən ən əhəmiyyətli faktor döymənin dərinliyidir.

Tatu boyası nə qədər dərindədirsə, silmə o qədər çətin olur. Çünki döymə lazerlə silinir. Lazer şüalarının təsiri dərinin nə qədər altına ensə, dəri xərçəngi ehtimalını artırır.

Qeyri – peşəkar döymə işi ilə məşğul olanlar isə tatunun vasitəsilə digər xəstəliklərə də təkan verir”.

Aygün Musayeva