Zara İbrahimzadəyə TƏBİB-də yüksək vəzifə verildi

  • 2026.06.02 11:59
  • 159 Baxış
Zara İbrahimzadəyə TƏBİB-də yüksək vəzifə verildi


Zara İbrahimzadə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri təyin olunub.

Medicina.az xəbər verir ki, o bu barədə özünün sosial media hesabında paylaşım edib.

Xatırladaq ki, TƏBİB-in keçmiş İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova olub. Bir müddətdir ki, onun vəzifəsi Elnur Hidayətoğluna həvalə olunmuşdu.