TƏBİB Hacı Şahinin ölümü ilə bağlı məlumat yaydı

  • 2023.03.02 10:35
  • 1436 Baxış
TƏBİB Hacı Şahinin ölümü ilə bağlı  məlumat yaydı
TƏBİB Hacı Şahinin ölümünün səbəbini açıqlayıb.


Qurumdan Medicina.az -a bildirilib ki, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına martın 2-də saat 05:30 radələrində çağırış daxil olub.


Qeyd olunub ki, saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb: "Ürəktutmasından həkiməqədər ölüm qeydə alınıb. Ailəsinin bildirdiyinə görə Ş.Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib".