TƏBİB xəstəxanalarda pulsuz psixoloq kabinetləri açır

  • 2022.12.17 16:58
  • 992 Baxış
TƏBİB xəstəxanalarda pulsuz psixoloq kabinetləri açır

TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində psixoloji yardım xidməti təşkil olunur.

"Medicina" xəbər verir ki, psixoloji xidmət əhalinin psixi sağlamlığının yaxşılaşdırılmasına və psixoloji gərginlik hallarının aradan qaldırılmasına yönəlib.

Bu məqsədlə TƏBİB-in tabeliyindəki 52 tibb müəssisəsində artıq 86 psixoloq ştatı yaradılıb. Yeni ştat üzrə 35 tibb müəssisəsində psixoloq ixtisası üzrə ali təhsil almış 45 kliniki psixoloq fəaliyyət göstərir.

Digər tibb müəssisələrinə də kliniki psixoloqların işə qəbulu nəzərdə tutulub.