Təcili tibbi yardım imtahan ərazilərində

  • 2024.04.22 15:06
  • 296 Baxış
Təcili tibbi yardım   imtahan ərazilərində
Təcili tibbi yardım briqadaları bütün ölkə üzrə imtahanların keçirildiyi ərazilərə təhkim olunub.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili yardım briqadaları 21 aprel 2024-cü il tarixində Bakı və regionlarda Dövlət İmtahan Mərkəzi tərifindən keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının təşkil olunduğu ərazilərə təhkim olunub.



Bakı şəhərinin Xəzər (II zona), Nizami və Pirallahı rayonlarında, Naxçıvan MR, Sumqayıt (II zona), Naftalan, Abşeron (II zona), Göygöl, Goranboy, Şəmkir (II zona), Gədəbəy, Qax, Balakən, Zaqatala, Cəlilabad (II zona), Masallı (II zona), Lerik, Bərdə, Tərtər, Yevlax, Göyçay, Ağdaş, Qobustan, Saatlı, Salyan, Xaçmaz (II zona) və Quba (II zona) rayonlarında, həmçinin tədrisi ingilis, fransız və gürcü dillərində aparılan ümumtəhsil müəssisələrinin, Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrinin (internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər) məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.



Şagirdlərin tibbi xidmət ehtiyacının yarana bilmə ehtimalı nəzərə alınaraq qeyd olunan ərazilər üzrə təcili tibbi yardım briqadaları xidmətdə olub.