Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Təcili yardım maşınlarına yarım milyon pul ayrılır

  • 2025.05.22 08:55
  • 158 Baxış
Təcili yardım maşınlarına  yarım milyon pul ayrılır

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi" Publik Hüquqi Şəxsi "Ford Transit"və "Volkswagen Crafter" markalı təcili yardım avtomaşınların təmiri üçün ehtiyat hissələri alacaq.

Medicina.az Teleqraf-a istinadən xəbər verir ki, xəstəxana bu məqsədlə 435 min 861 manat vəsait xərcləməyi planlaşdırır. Müvafiq işlər üçün tender elan edilib və podratçı axtarılır.

Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi iyunun 17-dir. Zərflərin də həmin gün açılması nəzərdə tutulur.