Təcili yardım sürücüsü maşında klinik ölüm keçirdi

  • 2023.01.26 18:02
  • 2831 Baxış
Təcili yardım sürücüsü maşında  klinik ölüm keçirdi

Rusiyanın Kamensk-Ural vilayətində təcili tibbi yardım tarixində bir ilk yaşanıb.

“Medicina”xəbər verir ki, feldşerlər Ruslan Yarulin və Marina Novokreşenova yaşlı xəstə üzərinə çağırışa gediblər. Onlar pasiyentdə infartk aşkarlayıb, onu təcili yardıma daşımaq istəyərkən, sürücü də onlara kömək edib.

Uzun illərdir təcili yardımda işləyən sürücü xərəyi daşıdığı yerdə özünü pis hiss edib və başı gicəllənib.
Daha sonra huşu itən kişinin nəbzi dayanıb.

Həkimlər dərhal ona ilkin yardım göstərməyə çalışıb

Kliniki ölüm keçirən sürücü defibrilyatorla həyata qaytarılıb. 15 dəqiqə sonra o xəstəxanaya yerləşdirilib. Kişinin huşu yerinə gəlib.

Aygün Musayeva