Tədris Terapevtik Klinikasında şəhid və qazi övladları üçün pulsuz müayinə

  • 2023.05.20 11:14
  • 1817 Baxış
Tədris Terapevtik Klinikasında şəhid və qazi övladları üçün  pulsuz müayinə
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında şəhid və qazi ailələrinin övladları üçün pulsuz tibbi müayinələr həyata keçiriləcək.

Bu barədə Bakupost.az -a Klinikanın direktoru Fərid Eyvazov bildirib.


O bildirib ki, pulsuz müayinə 1-3 iyun tarixlərində baş tutacaq:


“Bu aksiya 1 iyun Beynəlxalq Uşaqlar Gününə həsr olunub. Aksiya çərçivəsində şəhid və qazi övladları pulsuz check-up olunacaqlar. Həmçinin, professor, dosent, şöbə müdirləri tərəfindən pulsuz həkim müayinələri olacaq. Aztəminatlı ailələr üçün də uyğun qiymətə paketlər olacaq. Bundan başqa hər həftənin bir günü "açıq qapı" və check-up günləri baş tutacaq”.


Qeyd edək ki, F. Eyvazov ötən ay Terapevtik Klinikanın direktoru təyin olunub.