Tehranda güclü toz fırtınası həyatı ifıic etdi - Əhali çölə çıxmır

  • 2022.05.17 14:27
  • 1584 Baxış
Tehranda güclü toz fırtınası həyatı ifıic etdi  - Əhali çölə çıxmır

İranın paytaxtı Tehranda güclü toz fırtınası tətilə səbəb olub.


Medicina.az xəbər verir ki, may ayının 17-də Tehranda bütün məktəblər, universitetlər və dövlət müəssisələrində tətil elan olunub. Parlament də tozlu hava şəraitinə görə iclasları təxirə salıb.

Qeyd edək ki, güclü toz-torpaq İraq tərəfdən ötən gün İranın qərb bölgəsinə doğru hərəkət edib. Bu həmin bölgələrdə də məktəb və idarələrin tətil olmasına səbəb olub. Hazırda toz fırtınası İranın şərq bölgəsinə tərəf hərəkət edir. İranın paytaxtı Tehranda bundan öncə də bir neçə dəfə güclü toz qasırğası olub.

3 gündür İranın 13 əyalətində güclü toz müşahidə olunur. Belə ki, toz və artan çirklənmə indeksi İranın Həmədan, Mərkəzi, Qum, Loristan, Əlborz, Tehran, İsfahan, Şimali Xorasan, Gülistan, Fars, Boyer-Əhməd, Çaharmahal, Bəxtiyari və Yəzd əyalətlərində müşahidə olunacaq.