Telefon tualetdən 500 dəfə çirklidir – Həkim

  • 2024.01.15 15:59
  • 1036 Baxış
Telefon tualetdən 500 dəfə çirklidir  – Həkim
İctimai tualetlərin infeksiya və mikrob mənbəyi olması bir çoxlarını qorxudur. Sağlamlığından narahat olanlar tualetlərə girməkdən çəkinir.


“Medicina” xəbər verir ki, məşhur həkim Yelena Malışeva ictimai tualetlərdən və unitazdan yox, telefondan ehtiyat etməyə çağırıb.


“Tualetlər ən azı dezinfeksiyaedici vasitələrlə təmizlənir, orda həmişə su axır. Əgər tualet, yer, unitaz normal təmizlikdədirsə və gözlə görünən çirk yoxdursa, tualetlər ən təhlükəsiz yerdir.

Əgər maraqlıdırsa, bilin ki, əlinizdəki telefon unitazdan 500 dəfə çirkli və təhlükəlidir.

Tualetdə infeksiya riskindən qorunmaq üçün tualetin suyunu qapaq bağlı olan halda çəkməlisiz.
Yox əgər qapaq açıq halda öncə və sonradan çəksəz, o zaman mikroblar bir neçə metr ətrafa sıçlayır.

Bu hətta sizin öz mikroblarınız, infeksiyanız ola bilər.

Çünki insanın yoğun bağırsağında bağırsaq çöpləri çox olur.

Eləcə də ordakı tualet kağızını düzgün istifadə etməlisiz. Əvvəlcə kağızdan 10 sm-ə qədər dartıb cırıb onu atın, sonrakı hissədən istifadə edin. Çünki rulonun başındakı o hissə 10 dəfə çox mikrobla dolu olur.

Digər təhlükəli yer – qapı dəstəkləridir. Əllərinizi yuduqdan sonra ona salfetlə toxunub açın.
Təəssüf ki, statistika göstərib ki, 65% kişi, 41% qadın tualetdə əllərini yumur. Bu isə əsas infeksiya mənbəyidir”.

Aygün Musayeva