Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Telefonda çox danışmaq təzyiqi yüksəldir

  • 2024.05.18 15:45
  • 1317 Baxış
Telefonda çox danışmaq    təzyiqi yüksəldir

Gündə 30 dəqiqədən artıq telefonla danışmaq və sosial şəbəkələrdə vaxt keçirmək təzyiqə təsir edir.

"Medicina" xəbər verir ki, kardioloq Yevgeni Şlyaxto telefonun müasiir insanlara təzyiq problemi yaratmasından danışıb:

Mütəxəssisin sözlərinə görə, bu vərdişə meylli insanlarda arterial hipertoniyaya tutulma ehtimalı digərləri ilə müqayisədə 12% çoxdur.

"Təzyiqi yüksək olanlar oturaq həyat tərzi yox, aktiv fiziki həyat seçməlidir.
Əgər təzyiq mütəmadi 140-sa, idman, gəzinti, üzgüçülük, velosiped sürmək lazımdır.

Məşq təzyiqi 1-2 sutka normal saxlayır, ona görə də mütəmadi idman lazımdır.

Amma buna baxmayaraq, təzyiq dərmanlarını da müntəzəm içməlisiz".

Aygün M