Tələsmədən, yavaş yemək piylənmədən qoruyur

  • 2023.08.02 10:44
  • 834 Baxış
Tələsmədən, yavaş yemək piylənmədən qoruyur
Yavaş yemək və yeməyi yaxşıca çeynəmək vərdişi əsrlər boyu sağlamlığa faydalı hesab olunur. Təxminən yüz il əvvəl bu strategiya çəki artımının qarşısını almaq üçün təbliğ olunmağa başladı. Piylənmənin qarşısının alınması üsulu kimi yavaş yemək elmi araşdırmaların nəticələri ilə təsdiqlənib.


Yeməyi nə qədər uzun müddət çeynəsəniz, vücudunuz onu həzm etmək üçün bir o qədər çox enerji sərf edər.

“Medicina” xəbər verir ki, çeynəmə prosesinin özü orqanizmin qidanın həzminə və assimilyasiyasına enerji sərf etməsinə səbəb olur ki, bu da adətən yeməkdən sonra istilik partlayışı kimi hiss olunur, bu proses termogenez (DİT) adlanır.

Vaseda Universitetinin (Yaponiya) tədqiqatçıları əvvəllər müəyyən ediblər ki, “fast food”la müqayisədə yavaş qida qəbulu DİT-i artırır və qarın boşluğunda qan dövranını aktivləşdirir.

Bu təsirin səbəblərini anlamaq üçün elm adamları üç ayrı gün davam edən bir təcrübə aparıb.. Birinci nəzarət günündə onlar könüllülərdən hər 30 saniyədən bir müntəzəm olaraq, 20 millilitrlik kakao ətirli içkini tez udmağı xahiş ediblər.

İkinci gün iştirakçılardan udmadan əvvəl içkinin hər qurtumunu 30 saniyə ağızlarında saxlamaları, dadına baxmaları tələb edilib. Üçüncü gün isə iştirakçılar içkinin hər qurtumunu 30 saniyə ərzində ağızlarında saxlamaqla kifayətlənməli, həm də çeynəmə prosesini stimulyasiya etməli idilər.

Nəticə etibarı ilə tədqiqatçılar belə qənaətə gəliblər ki, yemək zamanı orqanizmin enerji sərfiyyatının artması nə qədər çox olarsa, qida ağızda nə qədər uzun müddət qalarsa, onun çeynəmə və dad reseptorlarına təsir etmə prosesi uzanır.

Tədqiqatçılar vurğulayırlar ki, uzun müddət çeynəmək və ağızda yeməyin uzun müddət dadına baxmaq da mədə-bağırsaq traktının orqanlarına qan axmasına səbəb olur və yuxarı bağırsaq hərəkətliliyini stimullaşdırır ki, bu da normal həzm prosesinə kömək edir.

Günay Quluzadə