Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?

  • 2025.12.08 10:42
  • 44 Baxış
Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?

Azərbaycanda dekabrın 8-də saat 9:00-a olan faktiki hava şəraiti açıqlanıb.

Medicina.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində arabir yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə intensiv xarakterlidir. Kəlbəcər, Laçın, Qubadlı və Şahdağa isə qar yağır.

Düşən yağıntının miqdarı Lənkəranda 21, Sədərəkdə 18, Astarada 15, Ağdamda 14, Zərdab, Şərur, Sabirabad və Kürdəmirdə 12, Şəki və İmişlidə 10, Şahbuz və Qubada 9, Qax (Sarıbaş), Zaqatala, Naxçıvan, Beyləqan və Gəncədə 8, Mingəçevir, Yevlax, Şəmkir, Naftalan, Balakən, Oğuz, Bərdə və Tərtərdə 7, Şirvan, Ordubad, Gədəbəy, Tovuz, Qəbələ və Neftçalada 6, Ağstafada 5, Cəbrayıl, Biləsuvar, Culfa, Goranboy, Ceyrançöl, Daşkəsən, Göyçay, Qusar, Lerik, İsmayıllı, Yardımlı, Şabran, Şamaxı, Xızı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Xaçmaz və Qobustanda 4, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dir.

Şərur, Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Mingəçevir, Qusar, Xızı, Oğuz, Qobustan, Quba, Yevlax, Göyçay və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 11-də səhərədək davam edəcəyi gözlənilir.