Mingəçevirdə baş verən dəm qazından zəhərlənmə hadisəsinin bəzi təfərrüatı məlum olub.
"Medicina" xəbər verir ki, mərhumun qohumları mənzilə daxil olanda qazın şiddətli dərəcədə yandığını görüblər:
"Nə qədər çağırsalar da, hay verməyib. Qapını qırıb içəri girəndə görüblər ki, sobanı bağlamaq istəyəndə zəhərlənib və dünyasını dəyişib. Övladı yox idi, tək yaşayırdı".