Tənha və boşanmış kişilərin xərçəng olma riski - Yüksəlir

  • 2021.05.03 14:11
  • 1868 Baxış
Tənha və boşanmış kişilərin xərçəng olma riski -  Yüksəlir
Tənhalığın insan orqanizminə daha bir mənfi təsiri sübut olunub.

Medicina.az xəbər verir ki, Finlandiya alimlərinin son elmi tədqiqatın nəticələri şok edib.


Belə ki, tədqiqatçılar 1980-ci ildən bəri xüsusi seçilmiş 2570 kişinin həyatı, psixoloji durumu və sağlamlığını ildə 1 dəfə müşahidə ediblər.

Onlar haqqında məlumatlar 2020-ci ilə kimi toplanıb.

Bu illər ərzində bu kişilərdən 870 nəfərində xərçəng aşkarlanıb və onlardan 283 bu səbəbdən vəfat edib.

Məlumatların təhlili göstərib ki, heç vaxt evlənməyən, evliliyi az çəkən, boşanan və uzun müddət tənha yaşayan kişilərin xərçəngə tutulma riski 20% yüksəlir.

Araşdırmada xərçəngə tutulmuş və vəfat etmiş kişilərin 40%- tənha idi.

Tənha kişilərdə xərçəngin yaranmasına səbəb yuxu, qidalanma rejiminin olmaması, onların daim depressiyada olması, artıq çəkisi və s. idi.

Ona görə də alimlər ağır xəstəliklər riskini azaltmaq üçün ailə modellərini möhkəmlətməyi tövsiyə edir.