Tərkibində bu maddə olan diş məcunu almayın – Xəbərdarlıq

  • 2024.02.07 17:25
  • 1087 Baxış
Tərkibində bu maddə olan diş məcunu almayın  – Xəbərdarlıq


Triklozan adlı maddə tərkibli diş məcunları sağlamlıq üçün zərərlidir.


“Medicina” xəbər verir ki, stomatoloq Yuliya Rayevskaya bunun səbəbini açıqlayıb.


“Triklozanom adlı maddə pestisid kimi istifadə olunurdu.

ABŞ-da pestisid kimi tanınan maddə məişət kimyəvi maddələrdə aktiv istifadə olunmağa başlanılıb.

XXI əsrdən triklozan şəxsi gigiyena vasitələri- şampun, gel, yuyucu vasitələr, diş məcunlarına qatılır və bunlarla insan orqanizminə keçir.

Diş məcununa triklozan patogen bakteriyaları öldürmək üçün qatılır ki, guya insan dişini yuyanda ordakı mikrob, bakteriyalar ölsün.

Amma bu təsir o qədər aqressiv olur ki, nəticədə ağız boşluğunda olan faydalı mikroorqanizmlər də ölür, bu zaman ağızda və bağırsaqlarda disbakterioz yaranır.

Hazırda təbii diş məcunlarına üstünlük verib, tərkibində təhlükəsiz antiseptik, məsələn, xlorgeksidin olan diş məcunları almaq lazımdır.


Eləcə də tərkibində paraben olan vasitələr də orqanizmdə zərərli toplantı yaradır və gələcəkdə problemlərə səbəb olur”.



Aygün Musayeva