Tərslik, qürur, kin, qəzəb... - Xərçəngə səbəb olan emosiyalar

  • 2022.10.18 18:22
  • 2410 Baxış
Tərslik, qürur, kin, qəzəb...  - Xərçəngə səbəb olan emosiyalar


Psixoloq Dmitriy Troçskiy bir neçə ildir xərçəng xəstələri üzərində apardığı müşahidələr əsasında hansı tip xarakterdə olan insanların onkologiyaya təslim olduğunu açıqlayıb.


"Medicina" insanı onkoloji xəstəliklərə mübtəla edən hiss və emosiyaları, zərərli davranışları təqdim edir.


1.İnadkarlıq, tərslik – Bu insanlar xahiş etməyi, üzr istəməyi xoşlamır, səhvini boynuna almır, "Mən ölərəm, bunu etmərəm”, Ölərəm, razı olmaram kimi sözlər işlədir.


Yersiz inad, haqsız olduğu halda haqlını dinləməməsi, düşüncəsində rahat olmayan, kiməsə nəyisə mənasızca sübut etmək, başını guya dik tutmaq, əslində isə, qurbanlıq qoyun kimi təhlükələrə ram olmaq bu adamların tipik xasiyyətidir və həyatının müəyyən dövründə xərçəngə səbəb olur.


2.Qürur, özümə kifayət etmək, hər işini özünün etməsi, bütün qərarları özünün verməsi.


"Mən hər şeyi bilirəm”, "Mən bunu görürdüm”, Mənə heç kim lazım deyil”, "Kimsə məni yarıtmır” kimi cümlələri tez-tez işlədir.


3.Çox güclü qəzəb, kin.



Bunu yülgülvari küsmək, incimək, hətta ayrılıb təkbaşına qalmaqla səhv salmayın. Qəzəb unudulmur, qəzəb sahibi onu incidənə zərbə vurmaq istəyir, dərs vermək barədə düşünür, amma bunu etmir. Beləliklə, cəzasız qəzəbi öz içində böyüdür.

Getdikcə daha çox insanı haqsızlıq və pislikdə qınayır, hətta ərini, uşaqlarını, bacı-qardaşını.


Lənətli sözləri tez –tez işlədir, hər kəlməsindən nifrət süzülür. Baxmayaraq ki, normal halda xeyirxah, mərhəmətlidirlər.



Əgər bu yazılanlar sizə uyğundursa, həyata baxışlarınızı yenidən saf-çürük edin. Özünüzə və başqalarına qarşı açıq və dürüst olmusuzmu?


Bəlkə siz özünüz doğmalarınız üçün kifayət qədər yaxşı olmamısız. Özgələrinə hörmət etməmisiz. Axı sizə bu dünyada 1-2-3 nəfər ciddi pislik edə bilər. Onları da çoxdan unutmalıydız.

Aygün Musayeva