Tərxunun bilmədiyiniz faydaları

  • 2019.10.29 12:00
  • 5375 Baxış
Tərxunun bilmədiyiniz faydaları

Tərxun vitamin və minerallar, efir
yağları, flavonoid, kumarin, alkaloidlər və bəzi digər nadir faydalı
maddələrlə zəngindir.


Medicina.az xəbər verir ki, tərxun qədim zamanlardan müxtəlif xəstəliklərin müalicəsində
istifadə olunurdu. Həmçinin tərxunu "sevgi" dərmanların tərkibinə də
daxil edirdilər. Tərxunun çoxlu faydalı xüsusiyyətləri var:


 

-Tərxun orqanizmi
tonuslaşdırır, insanı daha gümrah edir, iş qabiliyyətini artırır,
beyinin fəaliyyətini və əhvalı yaxşılaşdırır.

 


 


-Damarları möhkəmləndirir, onları daha elastik edir, damarlarda
trombların və aterosklerozun əmələ gəlməsi riskini azaldır, təzyiqi
salır.


 


-Bağırsaqlarda qurdları və patogen mikrobları öldürür.



-Depressiya zamanı yaxşı kömək edir.


 


-Kişilərdə potensiyanı artırır.


 


-Diş və baş ağrısını azaldır.


 


 


 


 


-Xərçəng əleyhinə təsirə malikdir.


 


-Qastrit və madə xorası olanlara tərxun yemək olmaz.


 


-Hamiləlik zamanı bu göyərtinin istehlakı uşaqlığın tonusunun artmasına səbəb ola bilər ki, bu da hamiləlik üçün təhlükə yaradır.


 





Tərxunun
çoxlu miqdarda istehlakı zəhərlənməyə gətirib çıxarda bilər. Bu zaman
insanda ürəkbulanması, qusma, hətta bayılma kimi simptomlar meydana
çıxır.   Tərxunun bilmədiyiniz faydaları