Təşviş və qorxunu dərmansız azaltmağın yolu

  • 2023.10.16 16:42
  • 1118 Baxış
Təşviş və qorxunu dərmansız azaltmağın    yolu

Stress və təşvişlə mübarizə üçün dərman, idman, meditasiyadan başqa sadə metodlar var. Bu hisləri azaltmaq düşündüyünüzdən də asandır.


“Medicina” xəbər verir ki, klinik psixoloq Kirren Şnak istənilən an, istənilən yerdə təşvişi azaltmağın yolunu açıqlayıb.
“Əgər təşvişə görə özünüzü ələ alıb, fikrinizi cəmləyə bilmirsizsə, saqqız çeynəyin.

Bu neqativ enerjini çıxarmağa imkan verir, fikri yayındırır, boyun və çənədəki gərginliyi götürür.

Vacib məqam şəkərsiz saqqız çeynəməkdir. Əlavə stimulyator qıcıqlandırıcı təsir edəcək.

Digər sadə metod buzdur. Əllərin, boynun ani soyuması diqqəti dəyişir.

Eləcə də geriyə sayım və nəfəsa alıb verməklə saydır. Həmin an 100-dən geriyə rəqəmləri deyin və dərindən nəfəs alıb verin”.


Aygün